• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədov İranla gizli əlaqələrdə ittiham edildi

Ziya Məmmədov İranla gizli əlaqələrdə ittiham edildi
05.04.2017 09:16
Sabiq nəqliyyat naziri Ziya Məmmədov ABŞ Senatının bir qrup aparıcı üzvünün prezident Donald Trampın Azərbaycandakı biznes fəaliyyətinin antikorrupsiya və sanksiyalar haqqında qanunları pozub-pozmadığının araşdırılması ilə bağlı müraciətlərinə münasibət bildirib. 


Yada salaq ki, amerikalı senatorlar müraciətlərində "Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi "Trump Tower” göydələninin hansı hesabdan tikilməsinin araşdırılmasını da istəyiblər. ABŞ mətbuatında da bu haqda yazılar dərc olunub.


Ziya Məmmədovla əlaqə saxlayan "Yeni Müsavat” əməkdaşı sabiq nazirdən həmin məsələdən məlumatlı olub-olmamasını soruşub. Z.Məmmədov ABŞ mətbuatında yazılanları şər-böhtan adlandırmaqla dəstəyi asıb: "Onlar böhtanla məşğuldurlar”.


Qeyd edək ki, senatorlar Trampın biznes fəaliyyəti ilə əlaqəli federal təhqiqatın keçirilməsinə çağırıblar. Onların fikrincə, sözügedən biznes, "çirkli pulların yuyulması” və İranın İslam Keşikçiləri Korpusuna (İİKK) bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi.


Senatorlar Sherrod Brovn, Ben Cardin və Dianne Feinstein bu barədə narahatlıqlarını ABŞ maliyyə naziri Steven Mnuchin, baş prokuror Jeff Sessions və FTB-nin direktoru James Comeyə yazdıqları məktubda açıqlayıblar. Brovn, Cardin və Feinstein ABŞ Senatının Bank, Evtikmə və Şəhərsalma, Xarici Əlaqələr və Ədliyyə komitələrinin ən yüksək vəzifəli üzvləridir.


ABŞ Konqresinin yaydığı məlumatda isə deyilir ki, senatorların narahatlığı 2017-ci il martın 13-də "New Yorker” jurnalında dərc edilmiş "Donald Trampın ən pis sazişi” adlı təhqiqat məqaləsində yazılanlardan qaynaqlanır.


Bu məqalədə söhbət "Tramp Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi "Tramp Tower” göydələnindən gedir. Məqalədə yazılanlara görə, Məmmədovlar İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ilə bağlara malikdirlər. İİKK İranda əhəmiyyətli iqtisadi və siyasi qüdrətə malik seçmə hərbi qüvvədir. Sözügedən məktubda senatorlar yazırlar ki, məqalə "Trump Organization” təşkilatının Xaricdə Korrupsiya Əməlləri Qanununu (Foreign Corrupt Practices Act) pozub-pozmadığına dair suallar yaradıb. Tramp Bakı biznesindən çıxdığını elan edəndən sonra onun adını daşıyan lövhə götürülüb.


Bu məqalədən bəlli olur ki, tikinti işində iştirak edən qurumlardan biri İİKK-nın maraqlarını təmsil edən qondarma təşkilat ola bilərdi. Məqalədən bunu da başa düşmək olar ki, İİKK "Trump Organization” təşkilatına edilmiş müəyyən ödənişlərin əsas mənbəyi ola bilərdi. Əgər bu baş veribsə, onda "Trump Organization” təşkilatı ABŞ sanksiyalar qanununu birbaşa pozmuş sayılır.


Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədov bu iddialarla bağlı media qurumlarının sorğularına cavab verməyiblər. Donald Tramp prezident seçkisi kampaniyası dövründə Azərbaycandakı biznes sazişindən çıxdığını elan edib. Bakıda tikilmiş göydələndən "Trump” lövhəsi çıxarılıb. Ziya Məmmədov ötən ay nəqliyyat naziri vəzifəsindən azad edilib.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol