Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

Sankt-Peterburq azərbaycanlı istehsalçılar üçün "Həsən" bazarında pulsuz yerlər ayırmağa hazırdır.
"ANN" Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla görüşü zamanı Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko deyib.
G.Poltavçenko qeyd edib ki, Sankt-Peterburqla Azərbaycan arasında ticarət dövriyyəsi azalıb. 2016-cı ildə ticarət dövriyyəsi 69,5 milyon dollar təşkil edərək 2015-ci ilin göstəricisi ilə müqayisədə 24 faiz azalıb.
Bununla belə, Azərbaycandan idxal həcmi artıb. Sankt-Peterburq Azərbaycandan əsasən tərəvəz və bitki kökləri, meyvə və fındıq, eləcə də qara metallar alır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























