• $
  • €
  • ₽
  • ₺
  • £

Strateji Yol Xəritəsi vətəndaş cəmiyyəti ilə birgə müzakirə edilib

Strateji Yol Xəritəsi vətəndaş cəmiyyəti ilə birgə müzakirə edilib
10.04.2017 18:00
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans keçirilib. İİTKM-dən "APA-Economics”ə verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlar üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin icrasında və strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatılması istiqamətində həyata keçirilən tədbirlərdə vətəndaş cəmiyyətinin daha yaxından iştirakını təmin etməkdir.
 
Tədbirdə çıxışı zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin monitorinqi, qiymətləndirilməsi mandatı İİTKM-yə həvalə edilib: "Strateji yol xəritələrinin kommunikasiyası vacib ictimai əhəmiyyət daşıyır. Buna görə də qərara gəldik ki, Açıq Hökumət platforması ilə müzakirələr aparaq. Bu, bizim ilk birgə tədbirimizdir. Düşünürəm ki, bundan sonra artıq bizim konkret sahələr üzrə, eyni zamanda regionları əhatə edən müzakirələrimiz olacaq.”
 
Daha sonra Açıq Hökumət platformasının koordinatoru Əliməmməd Nuriyevə söz verilib. O bildirib ki, İİTKM ilə birlikdə  vətəndaş cəmiyyətinin strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatılması üçün həyata keçirilən tədbirlərdə daha yaxından iştirakı məsələlərinin müzakirəsi məqsədilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. "Strateji yol xəritələri-Milli iqtisadiyyat perspektivi" mövzusunda dəyirmi masanın keçirilməsi ilk birgə tədbirdir. Bu, hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığının bariz nümunəsi olmaqla çox mühüm təşəbbüsdür. Bu səyləri birləşdirməyə, strateji yol xəritələri ilə nəzərdə tutulan islahatlar üçün ictimai etimad mühiti yaradılmasına əhəmiyyətli töhfə verməyə imkan yaradacaq: "Düşünürəm ki, Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində əks olunan hədəflərə nail olmaq  bütün cəmiyyətimiz üçün əsas məqsəd olmalıdır. Cəmiyyətimiz bu hədəflərə çatmaq üçün səfərbər olmalı və bu əsas ideyaya çevrilməlidir.”
 
Müzakirələr zamanı millət vəkili Vüsal Hüseynov isə əlavə edib ki, İİTKM ilə Açıq Hökumət vətəndaş cəmiyyəti dialoq platfoması arasında əməkdaşlıq möhkəmlənməlidir. Bu platforma təkcə şəffaflığın təmin edilməsi deyil, eyni zamanda əməkdaşlıq deməkdir: "Strateji Yol Xəritəsinin hazırlanması zamanı da vətəndaş cəmiyyətinin rəyinə böyük önəm verilib. Nəticədə isə ortaya çox təkmil bir sənəd çıxıb. Bundan sonra da  müzakirələr davam etdiriləcək. Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıcdır. Çünki bu sənəd çərçivəsində islahat prossesinə dəstək vacibdir və bu dəstək hərtərəfli olmalıdır.”
 
İqtisad Universitetinin rektoru Ədalət Muradov Strateji Yol Xəritəsində nəzərdə tutulduğu kimi  institutların inkişafını vacib hesab edib. "Yüksək dəyərli insan kapitalının artırılması da məhz, institutların, universitetlərin sayəsində edilməlidir. Elə bir kadr hazırlığı edilməli, elə bir kadr yetişdirilməlidir ki, onun işə qəbul olunmamaq ehtimalı olmasın.”
 
AMEA-nın İqtisadiyyat Universitetinin direktoru Nazim İmanov bildirib ki,  xarici ticarəti liberallaşdırmaq ilə daxili bazarın qorunması müəyyən olunmalıdır. Bu istiqamətdə AMEA-nın iqtisadiyyat İnstitutu da tədqiqatlar aparır.
Sahibkarlıq və bazar iqtisadiyyatına yardım fondunun rəhbəri Sabit Bağırov Strateji Yol Xəritəsində də yer aldığı kimi müzakirələr üçün işçi qrupları, nəzarət komissiyaları yaradılmalı olduğunu nəzərə çatdırıb.
 
İqtisadçı Vüqar Bayramov isə deyib ki, ölkədə pul dövriyyəsinin optimallaşdırılması lazımdır: "Düşünürəm ki, pul dövriyyəsinin məhdudlaşdırılmasından pul dövriyyəsinin optimallaşdırılmasına keçmək lazımdır. Optimal pul dövriyyəsi təkcə manatın məzənnəsi ilə deyil, investisiyalarla da tənzimlənməlidir. Məhdudlaşdırmalar həmçinin investisiyaları da məhdudlaşdırır. Həmçinin, volatillik tənzimlənməlidir. Biznes üçün volatilliyin qısa olması önəmlidir. Bununla yanaşı məzənnə stabilləşməlidir. Bu, biznes mühitinə müsbət təsir göstərə bilər".
 
Müzakirələr zamanı Vətəndaş cəmiyyətinin üzvləri Osmaz Gündüz, Umud Mirzəyev və başqaları eləcə də Dünya bankının, dövlət qurumlarının nümayəndələri iştirak edib

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol