• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR istiqrazları üzrə faizlər necə ödəniləcək? - FOTO

SOCAR istiqrazları üzrə faizlər necə ödəniləcək? - FOTO
13.04.2017 17:00
"SOCAR Capital" şirkətinin nümayəndəsi Turan Talıbova faiz ödənişinin detallarını açıqlayır.

- Turan xanım, xahiş edirik, ilk öncə SOCAR istiqrazları üzrə faiz ödənişi barədə məlumat verərdiniz.

- Əvvəlcə xatırladım ki, ildə 5% gəlir gətirən və dollarla buraxılan SOCAR İstiqrazları üzrə faizlər hər 3 aydan bir ödənilir. Aprelin 17-də SOCAR İstiqrazları üzrə ikinci ödəniş olacaq. SOCAR şirkəti faiz ödənişləri üçün istiqraz sahiblərinin bank hesablarına ümumilikdə 1 milyon 250 min dollar köçürəcək.

- Hər istiqraz nə qədər qazanc gətirir?

- SOCAR İstiqrazlarının sahibləri hər bir istiqraz üçün 12,5 dollar qazanc əldə edirlər. Pul bank hesabına köçürüləndə istiqraz sahiblərinin mobil nömrələrinə SMS bildiriş gələcək. İstiqraz sahibləri bu pulları istədikləri vaxt və istədikləri formada xərcləyə bilərlər.

- Faizlərin ödənişi üçün tələb olunan məbləğ SOCAR tərəfindən bank hesablarına nə vaxt köçürüləcək?

- Əvvəlcədən nəzərdə tutulan qrafikə əsasən, bu həftənin sonunda, yəni aprelin 14-də istiqrazların faiz ödənişi üçün tələb olunan məbləğ - istiqraz sahiblərinin bank hesablarına göndəriləcək. Artıq aprelin 17-də bu vəsaitlər hesablara oturacaq və onlar pullarını götürə biləcəklər.

- Bu vəsaitlərin bankdan nağd şəkildə çıxarmaqla bağlı problem olmayacaq ki?

- Xeyr, bildiyiniz kimi, hazırda onsuz da dollar vəsaitlərinin bankdan çıxarılması ilə bağlı problem yoxdur. Biz bu barədə banklarla da əlaqə saxlamışıq və onlar əmin ediblər ki, istiqraz sahiblərinin öz faiz qazaclarını bankdan çıxarmaları ilə bağlı heç bir sıxıntı olmayacaq.

- Təkrar bazarda istiqrazların alqı-satqısı üzrə aktivlik necədir?

- SOCAR İstiqrazlarının təkrar bazarda da alqı-satqısı çox aktivdir. İndiyədək təkrar bazar üzrə əməliyyatlarının həcmi 70 milyon dolları keçib. Təkçə 2017-ci ilin 3 ayı ərzində 36 372 ədəd istiqraz alınıb-satılıb ki, bu əməliyyatın həcmi 36 milyon dollardan çoxdur. Xüsusi olaraq qeyd etmək istərdim ki, SOCAR İstiqrazları əldə edən fiziki şəxslərin sayı çoxalıb. Bu – istiqraz bazarındakı aktivliyin ən böyük göstəricidir.

- Xarici vətəndaşlar Socar istiqrazları almağa maraq göstərirmi?

- Bəli maraq göstərir. Yüksək gəlirliyi, geri alma zəmanəti və likvidliyinin yüksək olması səbəbindən SOCAR İstiqrazları çox əlverişli bir yatırım vasitəsidir və bu xüsusiyyətlərə görə, digər yatırım alətlərini üstələyir. Nəticədə onlara yerli investorlardan savayı, xarici investorlar tərəfindən də maraq böyükdür.

- Daha çox hansı ölkələrin vətəndaşları istiqraz alırlar?

- Əsasən Rusiya, Türkiyə, Ukrayna,Gürcüstan, Qazaxstan və digər ölkəlrərin vətəndaşları müraciət edərək SOCAR İstiqrazları əldə ediblər. Hətta bəzi xarici vətəndaşlar məhz SOCAR İstiqrazlarını əldə etmək üçün başqa ölkələrdən gəliblər. Onu da qeyd etmək lazımdır ki, onlar tərəfindən alınan istiqrazlarında sayı yüksəkdir.

- SOCAR istiqrazları üzrə bundan sonrakı faiz ödənişləri nə vaxt olacaq?

- Əvvəlcədən elan olunduğu kimi, SOCAR istiqrazları üzrə faiz ödənişləri yanvarın 17-si, aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-də olacaq. İstiqrazların dövriyyədə olduğu 5 il ərzində faizlər bu qrafiklə ödəniləcək. Deməli, istiqraz sahibləri bu il ərzində növbəti faiz ödənişlərini iyulun 17-də və oktyabrın 17-də alacaqlar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol