Bodruma birbaşa aviareyslər açılır

Türkiyənin "Summer Tour" və "Coral" turizm şirkətləri Azərbaycandan Bodruma çarter aviareyslər açmaq niyyətindədir.
"APA-Economics" xəbər verir ki, "Summer Tour" şirkətinin açdığı çarter reyslər hər gün Azərbaycandan Bodruma yerinə yetiriləcək. "Coral"ın çarter reysləri də Bodruma yerinə yetiriləcək, lakin uçuşlar həftədə iki dəfə baş tutacaq.
Hər iki aviareys may ayının əvvəlindən istifadəçilərin xidmətinə veriləcək.
Bununla yanaşı, "Summet Tour" gələn ildən etibarən Azərbaycandan Alanyaya birbaşa aviareys açmağı planlaşdırır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















