Bakının internetlə təchizatında problemlər var

Bakının internetlə təchizatında problemlər yarandığından bir çox Azercell istifadəçilərində 3G xidməti dayandırılıb, bunu ANN.Az-a Azercell müştəri xidmətlərindən bildiriblər.
"Bir çox Azercell istifadəçiləri , o cümlədən digər provayderlər müştərilərinə internet verə bimir. Buun səbəbi Bakının internetlə təchizatında problemin olmasıdır. Şəhərdə wi-fi təchizatında da problem var. İnternetin nə vaxt bərpa olunacağı barədə məlumatımız yoxdur", - deyə "Azecell" Müştəri xidmətinin operatoru bildirib.
İnternetin olmaması səbəblərini Rabitə Nazirliyindən müəyyənləşdirməyə nail ola bilmədik.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























