Şəfayət Mehdiyev küçəsində hərəkət məhdudlaşdırılacaq

Küçədə piyada keçidləri yenidən rənglənəcək.
ANNAZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır.
"Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
"Sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edirik", - deyə məlumatda qeyd edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























