• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank kartları olan müştərilər UBER-dən hədiyyə qazanacaq

Unibank kartları olan müştərilər UBER-dən hədiyyə qazanacaq
24.04.2017 12:00
İndi Unibankın MasterCardı kartları ilə UBER-də pulsuz gedə biləcəksiniz. İyulun 17-dək AppStore/PlayStore-dan UBER aplikasiyasını yükləyib Unibankın Mastercard ödəniş sistemində olan kartnız ilə qeydiyyatdan keçin və 10 AZN-ə qədər olan ilk 2 gedişi pulsuz qazanın. Hələ də MasterCard-nız yoxdursa, istənilən Unibank filialından cəmi 3 AZN-nə ALBALI PLUS debet kartını əldə edərək, bu hədiyyədən faydalana bilərsiniz. Eləcə də Unibankın digər Matercard kartları sizə pulsuz gediş qazanmaq imkanı verir.

Qeydiyyat zamanı MasterCard ödəmə kartı kimi əlavə olunmalı, "MastercardBaku” promo kodu daxil edilərək ödəniş həyata keçirilməlidir. Kampaniya yalnız yeni UBER istifadəçilərə şamil olunur.

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan "UBER” beynəlxalq texnologiya şirkəti, "Mastercard” beynəlxalq ödəniş texnologiyaları təchizatçısı və "Unibank” KB ötən ilin oktyabrından birgə layihəyə başlayıblar. Layihə çərçivəsində UBER-in tərəfdaş sürücülərinə qazandıqları vəsaiti rahat istifadə edə bilmək üçün unikal təklif təqdim edilir. Bunun üçün hər bir UBER sürücüsü Unibankın Bakı (Abşeron) filialına yaxınlaşıb VÖEN hesabı açır. Sürücüyə "Mastercard” debet kartı ALBALI PLUS təqdim olunur. UBER tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat şəkildə istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz UBER-in partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə etməsidir. Bundan başqa, UBER sürücüləri Unibankın "SMS Banking”, "Unibank Biznes Mobile” və "Internet Banking” kimi xidmətlərindən tam pulsuz olaraq yararlana bilirlər. Eyni zamanda, sürücülər kartdan nağdlaşdırmaya görə heç bir komissiya haqqı ödəmir. Kart ilə nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək hissəsi "cash back” kimi geri qaytarılır, kartdakı qalıq məbləğə görə isə illik 6%-dək gəlir hesablanır. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (//twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol