Bu axşam Bakının iki rayonunda yolcizgi xətləri yenidən rənglənəcək

Eyni tədbirlər Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində görüləcək.
REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küşəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində davam etdiriləcək.
Bu, "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda bildirilib.
"İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - məlumatda əlavə edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























