• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar 2 manat ola bilər

Dollar 2 manat ola bilər
29.05.2020 00:15
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun müəyyən hissəsi dövlətə ötürülür. Bununla bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlanılıb.

"EcoFin"in məlumatına görə, millət vəkili Vahid Əhmədov bankın sağlamlaşdırılmasının elan olunan növbəti mərhələsini fins.az-a şərh edib.

Deputat bildirib ki, bank özəlləşdirilməyə hazırlanır və buna görə də onun aktivlərində passiv aktivlər olmasın deyə bu addımlar atılır:

"Məsələ ondan ibarətdir ki, səhmlərinin 51%-i dövlətə məxsus olsa da, vaxtında bankın üzərində lazımi nəzarət olmayıb. Bir nəfəri cinayət məsuliyyətinə cəlb ediblər. Amma faktiki qalan şəxslər kənarda qalıb. Bu gün bankın sağlamlaşdırılması əziyyəti yenidən dövlətin, əhalinin üzərinə düşür”.

"Söhbət 6 milyard manatdan gedir”

Millət vəkili bildirib ki, Beynəlxalq Bankda yaranan vəziyyət dövlət üçün çox böyük problemdir. Bankın aktivlərinin dövlət büdcəsi hesabına sağlamdırılırması maliyyə sisteminə təsir göstərəcək. Amma bankı hazırki vəziyyətdə saxlamaq da düzgün deyil: "Bankın sağlamlaşdıırılması düzgün qərardır”.

Bankın sağlamlaşdırılmasına ayrılan vəsaitlərin həcminə gəlincə, V. Əhmədov bu yardımın məbləğinin açıqlanmadığı deyib:

”Amma söhbət yəqin ki, milyardlarla manatdan gedir. Beynəlxalq Bankın passiv aktivlərinin "Aqrar Kredit”ə verilərkən orada söhbət təxminən 6 milyard manatdan gedirdi. Sonra 3 milyard manat ötürüldü, 3 milyardı qaldı. Hesabatlar hamısı Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. İndi həmin vəsaitləri dövlət məcburdur ki, müəyyən qədər öhdəsindən gəlsin”.

Dollar 2 manata çatacaq

Sağlamlaşdırılma üçün büdcədən Beynəlxalq Banka vəsaitlər ayrılması manatın sentyabr ayında dolların yenidən əvvəlki səviyyəsinə qaytara bilər. V.Əhmədov deyib ki, istənilən halda maliyyə bazarında belə bir vəziyyət yarananda, müəyyən qədər iri valyutalar bazara buraxılanda milli valyutaya da təsirsiz ötüşmür.

Hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb. Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub. Sentyabr ayından sonra bunu etmək daha çətin olacaq.

 Çünki elə məhsullar var ki, real sektorun inkişafı üçün Azərbaycan onu idxal etməyə məcburdur. Yəqin ki, manatın məzənnəsində hazırkı stabillik 2-3 ay davam edəcək:

"Hesab edirəm ki, manat yenidən müəyyən həddə qədər ucuzlaşacaq. 2 manat həddinə yenidən yaxınlaşacaq. Ümumiyyətlə 2017-ci il ağır ildir. Ona görə ki, müəyyən istehsal sahələri yaradılır, kənd təsərrüfatına sərmayələr qoyulur. Bunların bəhrəsini isə 2018-2019-cü illərdə görəcəyik”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol