• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda benzinin qiyməti düşə bilər?

Azərbaycanda benzinin qiyməti düşə bilər?
12.05.2017 20:23
Dünyada izlənilən tendensiyaya görə, bazarlarda neftin qiyməti ucuzlaşanda yanacaq, o cümlədən benzin ucuzlaşır.

Yaxud əksinə, neft bahalaşanda, benzin də bahalaşır. Amma nə hacətdirsə, Azərbaycandakı yanacaqdoldurma məntəqələrində satılan benzinin qiymətinə nə manatın dəyər qazanması, nə neftin bahalaşması, nə də ucuzlaşması təsir edir. Bir sözlə, yanacaq qiymətlərində təsir əks təsirə bərabər olur.

Anews.az Modern.az-a istinadən xəbər verir ki, hazırda milli valyutanın – manatın məzənnəsinin sabitliyi və neftin qiymətinin 50 dollar səviyyəsində qərarlaşması benzinin ucuzlaşması üçün zəmin yaradır...

Maraqlıdır ki, dünya bazarında "qara qızıl” bahalaşanda Azərbaycanın müvafiq qurumları buna adekvat operativ reaksiya verir və benzinin də qiymətini qaldırırlar. Əsas səbəb kimi də yüksək oktanlı benzinin bir hissəsinin xaricdən alınması göstərilir.

Dünya bazarında neftin qiyməti ucuzlaşanda isə buna müvafiq olaraq benzinin qiyməti ucuzlaşmır. Həm də diqqətçəkən məqam, hətta qiyməti tənzimlənən malların, müxtəlif məntəqələrdə cüzi də olsa fərqli satılmasıdır ki, bu hal yanacaq qiymətlərində müşahidə olunmur.

Hazırda Azərbaycanın bütün yanacaqdoldurma məntəqələrində "SUPER” markalı benzinin qiyməti 1,20 manat, "Aİ-95 Premium”un qiyməti 1,15 manat, "Aİ-92” markalı benzinin qiyməti 70 qəpikdir. Yəni, heç bir yanacaqdoldurma məntəqəsi benzini 1 qəpik baha, yaxud ucuz satmır, ya da sata bilmir...

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, məsələ ətrafında yaranmış sualları hökumət cavablandırmalıdır:

"2014-cü il 1 aprel tarixindən yüksək oktanlı yanacağın qiyməti dövlət tərəfindən tənzimlənmir. Aidiyyəti qurumlar, heç olmasa, bircə dəfə maraqlanıbmı ki, niyə "Aİ-95 Premium” Bakı şəhərindən Böyük Kəsiyə qədər olan yanacaqdoldurma məntəqələrinin hamısında eyni qiymətədir.

Axı onun qiyməti dövlət tərəfindən tənzimlənmir?.. Əgər kimsə kapitalizmin əsaslarını oxuyubsa, bunun "Kartel sazişi” olmasını anlayır”.

"Qonşu ölkələrə baxın...”

Ekspert fərqi izah etmək üçün qonşu ölkələri misal gətirir:

"Ən azından qonşu ölkələrə - İrana, Gürcüstana, Rusiya təcrübəsinə baxmaq lazımdır. Bu ölkələrin hamısında yanacağın qiyməti məntəqələrə görə dəyişir.

Buna uyğun olaraq Azərbaycanda da heç olmasa, bir-iki yanacaqdoldurma məntəqəsindəki qiymətlər fərqlənməli idi. Ölkəmizdə 700-ə yaxın yanacaqdoldurma məntəqəsi var. Onlar cavab verməlidir ki, niyə "Aİ-95 Premium”un qiymətini 1 qəpik ucuzlaşdırmır, yaxud bahalaşdırmır?
Cavabları budur:

"Müştəri itirmək istəmirik”. Onda 1 qəpik ucuz satın. Ona da getmirsiniz axı... Mənə maraqlıdır, antimonopol qurumların işi nədən ibarətdir? Yalnız ətin qiymətinə nəzarət etmək? Axı ət də təxminən hər yerdə eyni qiymətə ya 10 manat 50 qəpiyə, ya da 11 manata satılır. Bakıda da, Şəkidə də, Gəncədə də eynidir. Əslində, bütün bunlar göstərir ki, bizdə sosializmdir, heç bir kapitalist münasibətləri formalaşmayıb”.

"Tənzimlənən qiyməti dəyişmək olmaz”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı deyib ki, bu, sual doğuran məsələdir:

"Burada bölgələrə görə qiymət yoxdur. Məsələn, Bakıda da, hansısa bölgədə də yanacağın qiyməti eynidir. Çünki Azərbaycanda yanacağın qiyməti tənzimləndiyindən hər yerdə eynidir.

Buna heç kim toxuna bilməz. Hökumətin qərarına qarşı çıxmaq olmaz”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol