• $
  • €
  • ₽
  • ₺
  • £

"AccessBank"ın cəmi kapitalı 67 mln. manatı ötüb

"AccessBank"ın cəmi kapitalı 67 mln. manatı ötüb
16.05.2017 18:52
"AccessBank" cari ilin birinci rübünü müsbət göstəricilərlə başa vurub. Bankdan Anews-az-a verilən məlumata görə, belə ki, bankın açıqladığı maliyyə göstəricilərinə əsasən cəmi kapitalı 28% artaraq 67 mln. 348 min manatadək yüksəlib.
 

Diqqət çəkən amillərdən biri də odur ki, əhalinin "AccessBank"a manatla yatırdığı əmanətlərin məbləği əhəmiyyətli dərəcədə artıb. Belə ki, rübün sonunda bankın əmanət portfeli 7% artım nümayiş etdirərək 301 mln. 795 min manat təşkil edib. Bu isə müştərilərin banka sərgilədiyi yüksək etimadının göstəricisidir. "AccessBankın" Azərbaycan bankları arasında ən yüksək reytinqə və 100% xarici kapitala malik olması bir daha bankın stabilliyini və etibarlılığını təsdiq edir.
 
Həmçinin, müştəriləri cəlb edən xüsusiyyətlərdən biri də odur ki, "AccessBank" müştərilərinin ehtiyaclarına uyğun olaraq, həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif əmanət növlərini təklif edir. Bank müştərilərə sərfəli şərtlərlə "Müddətli”, "Yüksələn”, "Yığım” və "Əlverişli” əmanətlər təklif edərək, istənilən müddətə yatırım etmək üçün şərait yaradır.
 
Xatırladaq ki, "AccessBank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol