• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda fermerlər üçün ucuz traktorlar yığılacaq

Azərbaycanda fermerlər üçün ucuz traktorlar yığılacaq
17.05.2017 11:00
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Çin Xalq Respublikasının dövlət korporasiyası olan "YTO GROUP”-la birgə Azərbaycanda kiçik ailə təsərrüfatları üçün orta ölçülü traktorların istehsalını planlaşdırır. 

Mayın 16-da Səhmdar Cəmiyyətində korporasiyanın nümayəndələri ilə bu barədə geniş müzakirə aparılıb və əməkdaşlıq memorandumu imzalanıb.

Anews.az xəbər verir ki, ASC-dən "Marja”ya bildirilib ki, Memorandumu Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və "YTO GROUP”-un Azərbaycandakı nümayəndəsi Fərhad Məmmədov imzalayıb.

"YTO GROUP”-un vitse-prezidenti Shan Chunyu əməkdaşlıqdan məmnunluğunu bildirib və həyata keçiriləcək işlər haqda danışıb.

Memoranduma əsasən, Qusar rayonunda yerləşən istehsal müəssisəsində ildə 800 ədəd orta ölçülü (18-40 at gücündə) YTO traktorları yığılacaq.

Səhmdar Cəmiyyətin Çin tərəfi ilə apardığı danışıqlar nəticəsində traktorların ehtiyat hissələrinin ixracı üçün kreditin ayrılması qərara alınıb. 

İstehsalın ikinci ilindən başlayaraq, traktorların mühərrikləri və ötürücü qurğuları istisna olmaqla digər ehtiyat hissələri Azərbaycanda fəaliyyət göstərən müxtəlif müəssisələrdən alınacaqdır ki, bu da əlavə müxtəlif sənaye sahələrinin inkişafına müsbət təsir göstərəcək.

Qeyd olunub ki, birgə istehsal olunacaq YTO traktorları "Aqrolizinq” ASC vasitəsilə yerli fermerlərimizə sərfəli şərtlər əsasında satılacaq. 

Fermerlər texnikanın dəyərinin 20 faizini əvvəlcədən ödədikdən sonra yerdə qalan məbləğ 10 il (120 ay) müddətində bərabər ödənişlə bölünəcək, bu zaman fermerlər cüzi məbləğdə ödəniş etməklə traktor əldə edə biləcəklər.

YTO traktorlarının texniki göstəricilərinin asanlığı, rahat idarə olunması fermerlərə əlavə peşə hazırlığı keçmədən texnikadan istifadə imkanı verəcək. 

Alternativ markalarla müqayisədə bu traktorlar qiymətinin ucuzluğu, yüksək təzyiqli yanacaq nasosunun mövcudluğu, gücü, ehtiyat hissələrinin keyfiyyəti və uyğun qiyməti, az yanacaq sərfiyyatı ilə seçilir.

Həmçinin nəzərə çatdırılıb ki, YTO traktorları bağçılıq, tərəvəzçilik, tütünçülük, yemçilik və istixana sahələrində geniş istifadə olunur.

Aparılmış araşdırmalara əsasən, hazırda ölkəmizin fermer təsərrüfatlarında kiçik ölçülü traktorlara böyük ehtiyac var. 

Xüsusən, kiçik ailə təsərrüfatlarında əl əməyinin azaldılması, istehsal prosesinin intensivliyinin təmin olunması, itkilərin azaldılması baxımından bu texnikalar mühüm rol oynayacaq. 

Traktorlar kiçik əkin sahələrində rahat işləmək imkanı yaratmaqla cərgələrarası texniki işlərin aparılması, kultivasiya tədbirləri, məhsulların sahədən toplanması və digər vacib işləri qısa vaxtda həyata keçirir. Azərbaycanda YTO traktorlarının istehsalının yaradılması kənd təsərrüfatı maşın-texnika parkının sürətlə yenilənməsinə öz töhfəsini verəcək.

Məlumata əsasən, Çinin "YTO GROUP” korporasiyası dövlətə məxsusdur, illik istehsal gücü 120 min ədəd traktor, 230 min ədəd mühərrik təşkil edir. 

Korporasiya 18 at gücündən 380 at gücünə qədər olan zəncirli və təkərli traktorların bütün seriyalarını, mühərriklərini, kombaynları, kənd təsərrüfatı alətlərini istehsal edir. 

Dünyanın yüzdən çox ölkəsi ilə əməkdaşlıq edən şirkət bu ölkələrdə öz xidmət şəbəkələrini yaradaraq, son üç ildə 20 min ədəd traktor ixracına nail olub.

2015-ci ildə ixracın həcmi 100 milyon ABŞ dolları həcmində olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol