• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın kredit ittifaqlarından biri satılıb

Azərbaycanın kredit ittifaqlarından biri satılıb
23.05.2017 17:17
Şamaxı rayonunun Qonaqkənd ərazisində fəaliyyət göstərən "Əlizamin” kredit ittifaqının sahibi dəyişib.

Anews.az "Report”a istinadən xəbər verir ki, ittifaqın sədri Məcnun Dünyamalıyev rəhbərlik etdiyi maliyyə qurumunu Lənkəran şəhər sakini Fərid Rəcəbova satıb.

Bununla da ittifaqın nizamnamə kapitalının formalaşmasında iştirakı olan 19 Şamaxı sakininin payı 11 Lənkəran sakininə ötürülüb. Payçılarla yanaşı, ittifaqın adı da dəyişib.

Kredit təşkilatı bundan sonra "Qala” kredit ittifaqı adı ilə fəaliyyət göstərəcək. Artıq yeni ad Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. Maliyyə qurumuna yeni ada uyğun lisenziya verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.

Xatırladaq ki, alqı-satqı predmeti olan kredit ittifaqı 1999-cu ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 35 min 960 manatdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol