• $
  • €
  • ₽
  • ₺
  • £

Bu hal aşkarlanarsa, mediaya maliyyə yardımı kəsiləcək

Bu hal aşkarlanarsa, mediaya maliyyə yardımı kəsiləcək
20.11.2026 10:39

Sosial şəbəkə hesablarının və veb-sayt göstəricilərinin süni artırıldığı aşkar edilərsə, onlayn media subyektinə həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq. Bunu APA-ya müsahibəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.

Natiq Məmmədli bildirib ki, ümumi səhifə baxışlarının, veb-sayta daxilolmaların, sosial şəbəkə hesablarının izləyici sayının və qarşılıqlı əlaqə göstəricilərinin proqram təminatı və ya digər vasitələrlə həqiqi istifadəçi marağını və fəallığını əks etdirməyən şəkildə artırılması halında müvafiq göstəricilər qiymətləndirmədə nəzərə alınmayacaq.

Onun sözlərinə görə, maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edilərsə, həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq və xəbərdarlıq ediləcək: “Bu hal ikinci dəfə təkrarlandıqda isə müqaviləyə xitam veriləcək və media subyekti növbəti yarım il üçün elan edilən müsabiqədə iştirak edə bilməyəcək”.

Natiq Məmmədli qeyd edib ki, bu prinsipial yanaşma media subyektləri arasında rəqabətin rəqəmsal etika prinsiplərindən kənara çıxmasının qarşısını alacaq.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Agentliyə yeni şöbə müdiri təyin edilib
Cəmiyyət 09:26
Agentliyə yeni şöbə müdiri təyin edilib
Yevlaxda maşın velosipedçini vuraraq öldürüb
Cəmiyyət 09:11
Yevlaxda maşın velosipedçini vuraraq öldürüb
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol