Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib

Azərbaycan Tbilisidə yaşayış binasında baş verən partlayışla əlaqədar Gürcüstana başsağlığı verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.
“Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk.
Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, düşüncələrimizin bu faciədən zərər çəkmiş hər kəslə olduğunu vurğulayırıq.
Xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayırıq”, – paylaşımda qeyd olunub.
























