Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib.
Təqdimat mərasimində Emin Əmrullayev BDU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi mövqeyini və ölkənin elmi-pedaqoji potensialının formalaşmasında rolunu vurğulayıb.
Nazir universitetin zəngin ənənələrinin qorunması ilə yanaşı, müasir çağırışlara uyğun inkişafının, elmi tədqiqatların genişləndirilməsinin, tədrisin keyfiyyətinin yüksəldilməsinin və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Emin Əmrullayev BDU-nun əvvəlki rektoru Elçin Babayevə rəhbərliyi dövründə universitetin inkişafı istiqamətində gördüyü işlərə və fəaliyyətinə görə təşəkkürünü bildirib.
Nazir Məleykə Abbaszadənin uzun illər təhsil sahəsində, xüsusilə təhsildə qiymətləndirmə və keyfiyyətin təmin olunması istiqamətində fəaliyyətini və təcrübəsini qeyd edərək ona yeni vəzifəsində uğurlar arzulayıb.
Məleykə Abbaszadə göstərilən etimada görə təşəkkürünü bildirib.
Təqdimat mərasimində universitetin professor-müəllim heyəti və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
























