• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR İran bazarına daxil olur

SOCAR İran bazarına daxil olur
24.05.2017 17:20
"SOCAR İranın "E&P Companies” şirkətinin tərəfdaşları siyahısına əlavə olunub” . 

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniniya deyib.

Nazir müavini bildirib ki, müvafiq müraciət ötən ay SOCAR tərəfindən daxil olub: "SOCAR ötən ay İrandakı layihələrdə iştirak etmək üçün müraciət edib. Şirkətin müraciətinə baxılıb və müsbət cavab verilib. 

Beləliklə, SOCAR "Shell”, "Total” kimi nəhəng şirkətlərlə paralel İrandakı layihələrdə iştirak edə və ölkəmizə sərmayə yatıra bilər. Biz SOCAR-ı ciddi oyunçu kimi qəbul edirik. 

SOCAR İrandakı ciddi layihələrdə iştirak etmək üçün böyük potensiala malikdir. Bu səbəbdən də onun müraciətinə müsbət cavab verilib”.

Onun sözlərinə görə, SOCAR İranda həm qazma, həm də emal sahəsində reallaşdırılan layihələrdə iştirak edə bilər. "SOCAR-a potensial layihələr təklif olunub və şirkət özü həmin layihələri seçməlidir. Başqa sözlə, biz seçimi SOCAR-ın ixtiyarına buraxmışıq. Bizdə olan məlumata görə, SOCAR layihələrlə bağlı araşdırma aparır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol