Mərkəzi Bank uçot dərəcəsini bir qədər də azaldıb

Ukrayna Milli Bankı (Mərkəzi Bank) pul-kredit siyasətinin yumşaldılması kursunun davam etdirilməsi çərçivəsində uçot dərəcəsini daha 0,5 faiz bəndi azaldılaraq 12,5%-ə endirib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qərar sabahdan qüvvəyə minəcək.
Bu, son 1 ayda Ukraynada uçot dərəcəsinin ikinci dəfə azaldılmasıdır. 2015-ci ilin mart-avqust aylarında isə Ukraynada uçot dərəcəsi 30% təşkil edib və tarixi maksimuma çatıb.
Milli Bankın məlumatında bildirilib ki, uçot dərəcələrinin azaldılması 2017-2018-ci illərdə inflyasiya hədəfinə nail olmaq zərurəti əsasında həyata keçirilir. Qeyd edək ki, aprel ayında Ukraynada inflyasiya illik müqayisədə 12,2% təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























