Paytaxtda torpağın qiyməti ucuzlaşıb

"Aprel ayında Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb”.
Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu "MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, torpağın qiymətlərində ucuzlaşma 3,14% təşkil edib.
N.İbrahimov bildirib ki, torpaq bazarında aktivlik ötən aylarda azalmışdı:
"Aktivliyin azalmasının qiymətlərə təsirini indi görürük. Adətən, aprel-may aylarında torpağın qiymətləri artır, amma bu dəfə əks tendensiyanın şahidi oluruq. Bu da onunla bağlıdır ki, fərdi yaşayış evlərinin tikinti həcmində azalma var”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























