• $
  • €
  • ₽
  • ₺
  • £

Barama əməkdaşları məktəblilərlə maarifləndirici görüşdə iştirak ediblər

Barama əməkdaşları məktəblilərlə maarifləndirici görüşdə iştirak ediblər
31.05.2017 10:24
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları Chevron Xəzər LTD-nin dəstəyi və Junior Achievement Azerbaijan-nın təşkilatçılığı ilə "Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində məktəblilərə dəstək olublar.
 
Mərkəz əməkdaşları Fidan Tofidi və İradə Məmmədova layihə çərçivəsində məktəblilərlə keçirilən görüşdə iştirak ediblər. 2016-2017-ci tədris ilində həyata keçirilən "Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin yekun mərhələsi olaraq təşkil edilən tədbirin əsas məqsədi əmək bazarında müxtəlif peşə sahələri üzrə mümkün karyera və iş imkanları barədə şagirdləri maarifləndirmək idi. Sözügedən görüşdə Bakı və ətraf rayonlarda yerləşən doqquz ümumtəhsil müəssisəsindən (Neftçi Qurban adına 288 saylı orta məktəb, Əliheydər Kazımov adına 228 saylı orta məktəb, C. Cabbarlı adına 161 saylı tam orta məktəb, Bakı Avropa Litseyi, 49 saylı "İntelekt” məktəb-lisey, 163 saylı tam orta məktəb, 6 nomrəli məktəb-lisey, Elşən Sultanov adına 217 saylı tam orta məktəb,147 saylı texniki humanitar liseyi) layihənin təlimlər mərhələsində fəallığı ilə seçilmiş 110 şagird iştirak edib.

Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları proqram iştirakçılarına karyera seçiminin məktəbdə tədrisinin əhəmiyyətindən, incəsənət sahəsində uğurlu karyeranın mümkünlüyündən, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Barama İnnovasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verərək bildiriblər ki, Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış bir layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, 40–ı uğurla başa çatıb, onlarla şirkət yaranıb.

Görüşün ikinci hissəsində şagirdlərə qrup şəklində hər bir peşəkar ilə dəyirmi masa arxasında maraq sahələrinə uyğun müzakirə aparmaq imkanı yaradılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları müzakirələrdə fəallıqları ilə seçiliblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol