“Bloomberg”də dollar yenidən ucuzlaşdı

İyun ayının 5-də banklararası ticarətdə dollar yenidən ucuzlaşıb.
Anews.az Fins.az-a istinadən xəbər verir ki, "Bloomberg” terminalında dollar günə 1,6950 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,10% dəyər itirməsi deməkdir. Ötən gün "Bloomberg”də dollar ticarəti 1,6967 manat məzənnəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg” platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg” ticarət platforması ilə yanaşı, "Bloomberg.com” saytında da elan olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























