Ötən ay Ceyhan limanından 2 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb

2017-ci ilin may ayı ərzində 2 mln. 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, bu həcmin 1 mln. 322 min 980 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 mln. 275 min 528 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər Ceyhan limanından 330 mln. 110 min 127 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























