• $
  • €
  • ₽
  • ₺
  • £

“Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb

“Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb
06.06.2017 19:20
Gəminin tərsanədən salınması iyunun 10-na planlaşdırılır.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus "Zülfi Hacıyev” kran gəmisi "Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb.

Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, hazırda gəminin suüstü hissəsinin rənglənməsi, sükan və avar qurğularının yığılması, sağ ballerin yonulması işləri görülür. Gəmi üzrə gövdə-qaynaq işləri isə başa çatmaq üzrədir. Kran gəmisinin braşpil və arxa şpili, elektrik və avtomatika sahələri də təmir olunacaq.

Həmçinin, beş ədəd yeni qapı hazırlanacaq.

"Təmirçilərin məlumatına görə, gəminin sinxron generatorları sökülüb. Hazırda qüsurların aydınlaşdırılması işləri yerinə yetirilir. Baş generatorların texniki vəziyyətinə baxış keçirilib və qənaətbəxş hesab edilib. Gəminin tərsanədən salınması iyunun 10-na planlaşdırılır, tam təmirdən çıxması isə iyunun 25-nə nəzərdə tutulur",- deyə məlumatda bildirilib.

Xatırladaq ki, "Zülfi Hacıyev” kran gəmisinin uzunluğu 98,98 metr, eni isə 17,43 met, sürəti 11,35 uzeldir. Kranın yükqaldırma qabiliyyəti 100 tondur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol