Xaricdə ev alan azərbaycanlıların sayı artıb

Azərbaycan vətəndaşları Latviyada əmlak alışına maraq göstərirlər.
Anews.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi nəşri olan "Mülkiyyət” qəzetində dərc olunan məqalədə qeyd olunub.
Bildirilir ki, Azərbaycanlılar Latviyanın ən çox Riqa və Yurmala şəhərlərində mənzil alırlar. Latviyada mənzil alan Azərbaycan vətəndaşları mənzili yaşamaq, digərləri biznes məqsədilə - kirayə vermək üçün alırlar.
Rəqəmlərə görə, Latviyada 1800 azərbaycanlı yaşayır və onlardan 600 nəfəri artıq bu ölkənin vətəndaşlığını qəbul edib. Elə əmlak alanlar da, əsasən, Latviya vətəndaşlığı alan həmyerlilərimizdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























