• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Türkiyədən pomidor asılılığını azaldır

Rusiya Türkiyədən pomidor asılılığını azaldır
09.06.2017 14:00
Rəsmi Moskva Ankara ilə münasibətlərdə yaranmış soyuqluqdan istifadə edərək kənd təsərrüfatı istehsalını stimullaşdırır.

Rusiya Türkiyədən mal idxalı ilə bağlı embarqonu aradan qaldırsa da, bu, pomidora aid edilməyib.
 
"Report" türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiyanın son 2 ildə 500 hektar ərazidə 600 mln. ABŞ dolları investisya qoymaqla istixanalar yaratmasıdır.
 
Rusiya yaxın illərdə istixanaların sahəsini 1 500 hektara çatdırmağı planlaşdırır. Bununla da, rəsmi Moskva Ankara ilə münasibətlərdə yaranmış soyuqluqdan istifadə edərək kənd təsərrüfatı istehsalını stimullaşdırır və Türkiyədən pomidor asılılığını azaldır. 

Rusiyadakı soyuq hava şəraiti nəzərə alınarsa, 1 hektar istixanadan məhsul toplamaq üçün 2 MVt. elektrik enerjisi sərf etmək lazımdır. Daşınma ilə bağlı problemlər də nəzərə alınarsa, Rusiya pomodorunun 1 kiloqramı Türkiyə pomidoru ilə müqayisədə 3 dəfə baha - 63 rubla (təxminən 2 manata) başa gəlir. 

Qeyd edək ki, Rusiya istixanalarında yetişdirilən məhsulların 60%-i xiyar, 20%-i pomidor, 20%-i isə digər tərəvəzlərdir. Rusiya hökumətinin Türkiyəyə pomidor embarqosunun istixana biznesinə müsbət, inflyasiyaya isə mənfi təsir edəcəyi gözlənilir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol