• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur
10.06.2017 11:20
Bakı-Sumqayıt yolu, Binəqədi şossesi, Novxanı yolu və Zabrat-Maştağa avtomobil yolunu bir-birinə birləşdirmək baxımından böyük əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
 
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan və adıçəkilən qurum tərəfindən əsaslı şəkildə təmir olunan yolun uzunluğu 19,3 kilometrdir.

İki hərəkət zolaqlı olan yolun eni 8-10 metr arasında dəyişir. Layihə çərçivəsində hazırda yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi hazır olan hissələrə yeni asfat-beton örtüyünün döşənməsi işləri görülür. Yola ümumilikdə 2 qat olmaqla 12 santimetr qalınlığında 175 min kvadratmetr asfalt örtüyü döşənəcək.
 
Yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılacaq, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirmə işləri görüləcək. Həmçinin vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1,5 metr enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzülüb hərəkət hissəsi asfaltlanacaq.
 
Görülən işlər yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
 
Qeyd edək ki, uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün bəzi yerlərdə hərəkət hissəsi sıradan çıxmış olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların xüsusən payız və qış aylarında hərəkət zamanı rastlaşdığı problemləri aradan qaldırmış olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol