• $
  • €
  • ₽
  • ₺
  • £

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi
29.05.2020 01:49
Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini "BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

"Agentliyin mütəxəssisləri öz hesabatlarında, Kapital Bank-ın növbəti 12-18 ay ərzində biznes mövqeyini möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda Kapital Bank-ın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. Bankdakı struktur dəyişiklikləri sayəsində bank kredit sahəsini və rəqabətə davamlığını artırıb və daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, ölkənin kredit bazarının 8,1%-i, əmanətlərin isə 15,8%-i məhz Kapital Bank-ın payına düşür. Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin əvvəlki səviyyədə saxlanılması, bizim üçün olduqca əhəmiyyətlidir”, - deyə, Kapital Bank-dan bildiriblər.

Qeyd edək ki, Kapital Bank maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2016-cı ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri il ərzində 53,3% artaraq, 3,1 mlrd. manat, müştərilərə verilən kreditlər 9,1% artaraq 1,3 mlrd. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30% artaraq 593,6 mln. manat olub. Bankın xalis mənfəəti 52,4 mln. manat, nizamnamə kapitalı 185,8 mln. manat, məcmu kapitalı 282,1 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol