• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il "Azneft" üzrə 20 yeni, 49 fəaliyyətsiz quyu istismara verilib

Bu il "Azneft" üzrə 20 yeni, 49 fəaliyyətsiz quyu istismara verilib
29.05.2020 00:56
Yeni quyuların qazılması nəticəsində 21,5 min ton neft hasil edilib.

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyi üzrə 2 567,9 min ton neft və 2 132,1 mln. kubmetr qaz hasil edilib.

"Report”a "Azneft”dən verilən məlumata görə, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində ilin ilk 5 ayı ərzində "Azneft”nin sifarişi əsasında 20 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 21 468 ton neft hasil edilib.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 267 geoloji tədbir keçirilib, nəticədə 72 015 ton neft hasil edilib ki, bu da plana qarşı 45 tədbir çox və 29 075 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 17 086 ton plana qarşı 21 619 ton neft hasil edilib.

"Ötən beş ayda fəaliyyətsiz quyu fondundan 25 quyu nəzərdə tutulduğu halda, 49 quyu istismara qaytarılıb.

Bu quyulardan isə 14 991 ton əlavə neft alınıb”, - deyə məlumatda qeyd olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol