• $
  • €
  • ₽
  • ₺
  • £

Karyeraya “Nədən və Necə başlamalı?”

Karyeraya “Nədən və Necə başlamalı?”
14.06.2017 11:25
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir. Mütəmadi olaraq tələbələr üçün təlimlər təşkil edən Mərkəz bu dəfə "Nədən və Necə başlamalı?” şüarı altında görüş keçirib. Azercell Telekom və PAŞA Bankın dəstəyilə Bakı Dövlət Universitetində yaradılmış "Barama Media Mərkəzi”ndə 13 İyunda baş tutan görüşdə "Avto Stop Media” şirkətinin qurucusu və eyni zamanda Azərbaycanda bir çox radio layihələrin rəhbəri Tural Yusifov və "Technote Media”nın gənc yaradıcısı, həmçinin IT sahəsi üzrə geniş təcrübəsi olan Fərid Pərdəşünas tələbələrin qonağı olub. Görüşün məqsədi gənc tələbələrin hələ universitet dönəmindən yaradıcılıq, karyeraya başlamalarına dəstək olmaq, onlar arasında cəmiyyətə faydalı, yüksək iş həyatının qurulmasını təbliğ etmək idi. Ölkənin bir çox universitet tələbələrinin iştirak etdiyi tədbirdə interaktiv diskussiya formatında aktiv müzakirələr keçirilib.

Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
İqtisadiyyat 07:55
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol