Gürcüstanda matəm elan olunub

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həyatını itirməsi ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.
Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, matəm günündə həlak olanların xatirəsini anmaq məqsədilə Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.
Hadisə zamanı 4 nəfər xəsarət alıb. Dağıntılar altında qalan 7 nəfərdən yalnız biri — üç yaşlı uşaq sağ çıxarılıb. Ölənlərin 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.
Son xəbərlər 
Daha çox 























