• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı transformasiyaya hazırlaşır

Dünya Bankı transformasiyaya hazırlaşır
22.06.2017 23:00
Dünya Bankı (DB) iri inkişaf layihələrinin kreditoru olmaqdan çıxıb, özəl sektor investisiyalarının brokerinə çevrilir.

Anews.az Report-a istinadən xəbər verir ki, bu barədə DB qrupunun prezidenti Cim En Kim London iqtisadiyyat məktəbindəki çıxışında bildirib. 

Prezident qeyd edib ki, inkişaf layihələrinin maliyyələşdirilməsi öz ölçüsü və sürətinə görə köklü surətdə dəyişilməlidir. Maliyyələşdirmə milyard dollarlıq yardımlardan trilyon dollarlıq investisiyalara keçməlidir.

C.E.Kim çıxışında bildirib ki, kapital bazarlarından kənarda qalan böyük maliyyə resursları var ki, bunu inkişaf etməkdə olan ölkələrə yönləndirmək olar. İnvestorların bu kateqoriyadan olan ölkələr barədə məlumatlarının olmaması vəsaitlərinin istifadəsiz qalmasına səbəb olur.

Kim, həmçinin qeyd edib ki, DB özəl sektorla inkişaf etməkdə olan ölkələr arasında vasitəçi olmalıdır. Bankın prioritet vəzifəsi pul vermək deyil, inkişaf etməkdə olan ölkələr və layihələrdə riskləri azaltmaq olmalıdır.

Onun fikrincə, Bank qlobal maliyyə bazarları, inkişaf etməkdə olan ölkələrin hökumətləri və yoxsul halda yaşayan insanlar arasında vasitəçi olacaq.

DB-nin vəzifəsi investisiya və sığortadan biznes məsləhətləri və lobbiçilik siyasətinə qədər uzanacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol