• $
  • €
  • ₽
  • ₺
  • £

Ələt-Astara yolu yenilənir – VİDEO + FOTO

Ələt-Astara yolu yenilənir – VİDEO + FOTO
07.07.2017 22:40
Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır.

anews.az-ın məlumatına görə, Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 31-ci km-dən başlayaraq Astara şəhərinədək inşa olunan yeni yolun uzunluğu 174 km-dir. 

Layihə çərçivəsində yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarətdir.

Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.

Hal-hazırda Yenikənd-Salyan-Şorsulu, Cəlilabad-Masallı və Masallı-Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir.

Daha dəqiqi desək, yolun Yenikənd-Salyan-Şorsulu hissəsində asfalt-beton örtüyünün döşənməsi, boruların uzadılması və yamaclarının dəmir-betonla bərkidilməsi, alt keçidlərin əks-dolğusu, yamaclara münbit torpağın verilməsi və ayırıcı zolaqda dəmir-beton baryerlərin qoyulması işləri aparılır.

Cəlilabad-Masallı və Masallı-Astara hissələrində isə asfalt-beton örtüyünün son qatının döşənməsi, körpülərdə tamamlanma, boruların tikintisi və mühafizəsi, çəpər çəkmə və baryerlərin qoyulması, yolun işıqlandırılması işləri görülür. Sadalanan işlər bitdikdən sonra yolun nişanlanması və işarələnməsi işlərinə başlanılacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 km qısalaraq 205 km olacaq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Bundan başqa, şimaldan cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsi mümkün olacaq. Bu amil isə yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq.
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol