• $
  • €
  • ₽
  • ₺
  • £

“Astara çay-3”, “Masazır Quşçuluq” hərraca çıxarılır

“Astara çay-3”, “Masazır Quşçuluq” hərraca çıxarılır
10.07.2017 22:40
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 avqust tarixində keçiriləcək hərracda 152 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.

anews.az komitəyə istinadən xəbər verir ki, bunlardan 41-i kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. 

"Zaqatala Sənaye Kombinatı”, "Ağcabədi Aqrotexservis”, "Astara çay-3”, "Masazır Quşçuluq”, "Mingəçevir Qum Çınqıl”, "Sabunçu Ticarət Təchizat”, "Yevlax Yun” və digər bu kimi səhmdar cəmiyyətləri bu qəbildəndir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
 
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Gəncə, Lənkəran, Astara, Yevlax, Xızı və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 16 kv.m ilə 1941 kv.m arasında dəyişir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Həmin əmlaklar potensial gəlir mənbəyidir.

Belə müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında torpaq sahəsi 131,5 kv.m, ümumi faydalı sahəsi 127,5 kv.m olan 8 saylı çayxananı nümunə kimi göstərmək olar. Paytaxtın Sabunçu rayonunda yerləşən həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Adı çəkilən əmlakın ilkin satış qiyməti 28 min manatdır. Bundan başqa, Yevlaxda olan 50 saylı mağaza da fəaliyyətini yenidən bərpa etməklə sərmayəçi üçün gəlirli əmlakdır. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 226 kv.m, hərraca çıxarılan ilkin satış qiyməti isə 30 min manat təşkil edir.

Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az vəsait tələb edən obyektlər də var. Belə ki, ümumi faydalı sahəsi 25 kv.m olan, Gəncədə yerləşən 282/45 saylı mağazanın ilkin satış qiyməti 5100 manatdır.

İnvestisiyalar sayəsində hərracda özəlləşdirilən əmlakların maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən zavodlar, müəssisələr profil üzrə tələbatın ödənilməsinə öz töhfəsini verir. Eyni zamanda, gücləndirilmiş istehsal nəticəsində müəssisələr, tələbatı ödəməklə yanaşı, xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.

Qeyd edilməlidir ki, özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 78-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol