• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq
10.07.2017 23:20
Bu gün layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib.

"Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb.

Qurumdan "Report"a verilən məlumata görə, Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi” çərçivəsində Abşeron rayonu Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. 

Bu gün layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova son illər Xırdalan şəhərinin əhalisinin 2 dəfədən çox artdığını, bu səbəbdən mövcud su və kanalizasiya şəbəkəsinin şəhəri tam əhatə etmədiyini bildirib.

"Azərsu”nun sədr müavini Etibar Məmmədov isə bildirib ki, hazırda respublikanın əksər şəhər və rayon mərkəzlərində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur: "Azərsu" 7 beynəlxalq maliyyə instiutu ilə əməkdaşlıq edir və bu qurumlarla 20-dən artıq layihə reallaşdırır.

Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyəsi ilə həyata keçirilən layihə Xırdalan şəhərinin həm içməli su, həmdə kanalizasiya probleminin tam həllinə imkan verəcək”.

Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 200 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, şəhərə içməli su Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən veriləcək. Bu məqsədlə Ceyranbatan-Zirə magistral kəmərinin marşrutu üzərində hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı tikiləcək və anbarlardan şəhərə 4,5 km magistral su xətləri çəkiləcək. Xırdalan şəhərində ümumi uzunluğu 168 km olan paylayıcı su şəbəkəsi yaradılacaq, 21 200 ünvana ev birləşməsi veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulur.

Layihə çərçivəsində Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhərdə 109 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, kanalizasiya quyuları tikiləcək, ev birləşmələri veriləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini də Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu maliyyələşdirir. Qəsəbədə tikinti quraşdırma işlərinin birinci mərhələsi üzrə işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol