• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə “Türk axını”na dair “Qazprom”la razılığa gəlib

Türkiyə “Türk axını”na dair “Qazprom”la razılığa gəlib
11.07.2017 11:30
Türkiyə öz ərazisində "Türk axını”nın maliyyələşdirilməsi üzrə Rusiyanın "Qazprom” şirkəti ilə razılıq əldə edib.

anews.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Botas” dövlət boru kəməri şirkətinin baş direktoru Burhan Özcan bazar ertəsi İstanbulda keçirilən 22-ci Dünya neft konqresinin meydanlarında RİA "Novosti”yə bildirib.
 
"Biz onlarla bu məsələ ilə bağlı artıq razılığa gəlmişik. Lakin mən hər hansı bir rəqəm – bunu hansı faiz nisbətində edəcəyimizi açıqlaya bilmərəm”, - deyə o bildirib.

Onun sözlərinə görə, "Türk axını”nın ikinci qolu üzrə icazə alınması prosesi müsbət tərzdə davam edir, orada heç bir sualtı maneə yoxdur”.

O, həmçinin qaz kəmərinin Türkiyənin hansı rayonunda quruya çıxarılacağına dair suala cavab verib:

"Razılıq əldə olundu ki, çıxış Frakiya vilayətinin Kıyıköy rayonundan (Türkiyənin Avropa hissəsi) olsun və müxtəlif şayiələrə baxmayaraq, bu coğrafiyada heç bir dəyişiklik yoxdur. Lakin çıxışın məhz bu yaşayış məntəqəsində və ya haradasa yaxınlıqda olacağını indi demək olmaz. Orada həm quruda, həm də dəniz tərəfdən mühəndis işləri davam edir, burada heç bir problem yoxdur”, - deyə Özcan bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol