• $
  • €
  • ₽
  • ₺
  • £

Zığ-Hövsan yolunun tikintisi davam edir

Zığ-Hövsan yolunun tikintisi davam edir
12.07.2017 21:37
Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
 
"Azəravtoyol” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, 24,5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6,8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17,7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.
 
İlkin mərhələdə nəzərdə tutulan 6,8 km yolun 1,1 km-i hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. 6,8 km-lik Zığ-Hövsan yolunun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurulması işləri də yekunlaşmaq üzrədir. Sözügedən hissə 2 gediş 2 gəliş olmaqla, 4 hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 18,5 m olmaqla torpaq yatağının eni 27,5 m-dir.
          
Layihəyə uyğun olaraq Zığ-Hövsan yolunda mühəndisi-kommunikasiya xətləri köçürülüb, 1-1,5 metr dərinlikdə yol yatağının yararsız qrunt qazılaraq çıxarılıb, qazılan hissələrə karbonat materialı tökülərək yenidən kipləşdirilib, həmçinin suötürücü boru və keçidlərin inşası işləri də aparılaraq yekunlaşdırılıb. Hazırda yol boyu asfaltlanma işləri aparılır. Yolun 2,3 km-nə ikiqat olmaqla, 2,5 km-nə isə 1 qat olmaqla yeni asflat-beton örtüyü döşənib və bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə yola 3 qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
 
Bundan başqa, layihə çərçivəsində hazırda səki daşlarının düzülməsi, ümumilikdə 300 m uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin inşası işləri aparılır.
 
Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə, yolun 1,8, 2,2 və 4,2-ci km-lik hissələrində yerüstü piyada keçidləri də inşa edilir. Keçidlərinin birində son tamamlanma işləri aparılır.
 
Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan yollarına nəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə layihə çərçivəsində yeni dairə və yol hissəsi də inşa edilib. 15 metr diametrində olan dairə 5 giriş-çıxışlıdır. Hazırda dairədə son tamamlanma işləri aparılır.
 
Yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 m enində piyada səkiləri tikiləcək. Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə 8 yerdə 400-500 m uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub.
 
Qeyd edək ki, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu salınarkən həmin dövrə uyğun hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilib. Hazırkı hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə sözügedən avtomobil yolu ilə hərəkətdə müəyyən problemlər yaşanırdı.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol