• $
  • €
  • ₽
  • ₺
  • £

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün daha 4 mlrd. dollar lazımdır

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün daha 4 mlrd. dollar lazımdır
12.07.2017 18:40
Bu layihəni fəallaşdıracaq yolun bir hissəsi üçün İranın maliyyə vəsaitinə ehtiyacı var.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini fəallaşdıracaq İranın cənub-şərqi Sistan-Bəlucistan ərazisindəki dəmiyolu layihəsinin yekunlaşdırılması üçün 4 mlrd. dollar vəsaitə ehtiyac var.

"Report" İranın "Financial Tribune" qəzetinə istinadən xəbərt verir ki, bunu İranın yollar və şəhər inkişafı naziri Abbas Axundi bildirib.

"Bu, böyük və bahalı layihədir. Həmin dəmir yolu Çabahar bölgəsində başlayır və Zahedan (Bəlucistanda əyalət), Zabul və Bircəndə (Cənubi Xorasan əyalətinin mərkəzi) kimi uzanır. Bu layihə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işini aktivləşdirəcək", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə yüklərin Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.

İran bu dəmiryolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın "IRCON" dövlət şirkəti dəmiryolunun Çabahardan Zahedana qədər olan 500 km-lik hissəsini tikmək barədə razılıq verib. Bu hissəsinin tikintisi üçün 1,6 mlrd. dollar ayrılıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol