Bakıdakı yanacaq doldurma məntəqələri qiymət artımından əvvəl... - FOTOLAR

Azərbaycanda Aİ 92 markalı benzinin və mazutun qiymətləri qalxa bilər.
İST Petrol-un adını açıqlamayan işçisi "Qafqazinfo”ya bildirib ki, qiymət dəyişikliyi gözlənilir. Hazırda sözügedən və digər Yanacaq Doldurma Məntəqələrində (YDM) uzun maşın növbələri var.
Amma avtomobillərə benzin vurulmur. Bunun əsas səbəbi də məhz gözlənilən dəyişikliklə bağlıdır.
Qeyri-rəsmi məlumatlara görə, hazırda qiyməti 70 qəpik olan bu benzində 20 qəpik artım olacaq və "Aİ 92” 90 qəpikdə qərarlaşacaq.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























