• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 200 dövlət əmlakı özəlləşdirilir

Daha 200 dövlət əmlakı özəlləşdirilir
29.05.2020 10:59
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 avqust tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək.
 
Komitədən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Sabirabad Mexanikləşdirmə", "Zaqatala Fındıq”, "Xəzər Avtonəqliyyat”, "Bərdə Kəndkimya”, "Ucar Tikinti”, "Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 
 
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 69 min manatla 850 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olanı "Sabirabad Mexanikləşdirmə" ASC-dir. Adı çəkilən səhmdar cəmiyyətinin səhminin 30%-i 128 min manata yaxındır.
 
Bundan başqa, "Zaqatala Fındıq” ASC də qiymətinə görə digərlərindən fərqlənir. Həmin səhmdar cəmiyyətinin səhminin 30%-i 126 min manata yaxın təklif olunur.
 
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələri aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Mingəçevir, Sumqayıt şəhərində, habelə Abşeron, Şəmkir, Xaçmaz və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 13 kvadratmetr ilə 2 100 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Adı çəkilən əmlak 400 min manata təklif edilir. Ümumi faydalı sahəsi 1 712 kvadratmetr təşkil edir. Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manat, Qusar rayonunda yerləşən Kərpic sexi isə 210 min manat olmaqla qiyməti ilə seçilənlər sırasındadır.
 
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 12-si respublikanın digər şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.

Qeyd edilməlidir ki, bəzi əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Bunlara paytaxtın Qaradağ rayonunda yerləşən dülgər emalatxanasını, Astarada olan 45 saylı mehmanxananı, Xaçmazda yerləşən 8 saylı yanacaqdoldurma məntəqəsini nümunə kimi göstərmək olar.
 
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
 
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin "facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan "Mülkiyyət” qəzetində də dərc edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol