• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankda internet bankinq Asan oldu!

Unibankda internet bankinq Asan oldu!
29.05.2020 06:30
Unibankın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar indi yenilənmiş internet bankinq xidmətinə ”Asan İmza” ilə də qoşula bilirlər. Unibankın internet bankinq xidmətindən yararlanarkən "Asan İmza” mobil elektron imzanın istifadəsi bir çox üstünlüklərə malikdir. Bu üstülüklərdən biri də ödənişlərlərlə bağlı sənədin bank sisteminə avtomatik daxil olma imkanının təqdim edilməsidir.

"Asan İmza” (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. "Asan İmza” (Mobil imza) bütün mövcud e-xidmətlərdən maksimum təhlükəsiz şərtlərdə istifadəni mümkün edir. Bu texnologiyanın açar üstünlüyü əlavə proqram təminatına və smart kartı oxuyan qurğuya ehtiyacın olmamasıdır."Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan xüsusilə "Asan İmza"nın ölkə qanunvericiliyə əsasən qanuni mobil elektron imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyi təmin etməsini vurğulamaq olar. "Asan İmza”nı əldə edən müştərilərimiz eyni zamanda ölkədə fəaliyyət göstərən Elektron Hökumət və digər portallar vasitəsilə təqdim olunan 500-dən artıq elektron xidmətdən istifadə imkanı əldə etmiş olurlar. Buna görə də "Asan İmza” sahibləri evdən, iş yerindən ayrılmadan və ya dünyanın istənilən nöqtəsindən Unibank internet bankinq xidmətlərindən çox asan, sürətli və təhlükəsiz şəkildə istifadə edə biləcəklər.

Unibankın yenilənmiş internet bankinqində hansı təkmilləşmələr aparılıb?

- Ölkədaxili və bankdaxili əməliyyatlar daha çox imkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. 

Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb;

- Büdcə ödənişləri (DSMF/Vergi/Gömrük və digər) bölümü yeni dizaynda təqdim edilib və istifadəsi daha asan olub;

- Təqdim olunan Azercell bölümü şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilməklə yanaşı, asanlaşdırılıb;

- Maaş Köçürmələri bölümünə yeni imkanlar əlavə edilib;

- Avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb;

- Ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.

Unibank internet bankinq- təhlükəsizlik və rahatlıq hər zaman 1-ci yerdə!

Unibank-hər kəsin bankı!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol