• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Tramp qalmaqalından danışdı

Emin Tramp qalmaqalından danışdı
24.07.2017 13:52
Azərbaycanlı iş adamı, müğənni və bəstəkar iş adamı Emin Ağalarov ilk dəfə olaraq ABŞ prezidenti Donald Trampla bağlı yaranmış qalmaqaldan barədə danışıb. Trampın oğlunun Kremlə əlaqəsi olan vəkillə görüşünü təşkil etməkdə ittiham edilən ifaçı BBC-yə açıqlama verib.
Biznesmen Araz Ağalarov oğlunun adı keçən qalmaqaldan danışdı

İddiaya görə, kiçik Tramp rus vəkil Natalya Veselnitsko ilə görüşüb, məhz bu görüşdə o, prezidentliyə namizəd olan Donald Tramın əsas rəqibi Hillari Klintona qarşı olan sənədləri milyarderin oğluna verməli idi. 

Onun Trampa məhz hansı sənədləri verməyə çalışdığı barədə suala Emin belə cavab verib -  "Tramp haqqında heç bir sual verməyin. Mən burada müğənni kimi iştirak edirəm. Bu gün axşam mənim şouma gəlin".  

O, hətta Trampla olan emaillərindən də danışmayıb və bu barədə sualları vəkilinə verməyi məsləhət görüb.

ABŞ prezidenti Donald Trampın böyük oğlu atasının namizədliyi təsdiq olunduqdan sonra kampaniyaya faydalı məlumat əldə etmək ümidi ilə Hillari Klintona zərər verə biləcək məlumatlar olduğunu iddia edən bir rusiyalı vəkillə görüşdüyünü təsdiq edib.

Görüşdə Ağ Evin hazırkı müşaviri, Donald Trampın kürəkəni Ceyrd Kuşner və Tramp kampaniyasının həmsədri Pol Manafort da iştirak edib. Trampın oğlu onu da əlavə edib ki, atası bu görüşdən xəbərsiz olub. "Reuters"in yaydığı məlumatda Trampın oğlu ilə Veselnitskayanın görüşünə müğənni-bəstəkar Emin Ağalarov da vasitəçilik edib. 

Prezident Tramp dəfələrlə Rusiya ilə əlaqəsi olduğunu inkar edib. Rəsmi Moskva da öz növbəsində seçkilərə müdaxilə etmədiyini bəyan edib.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol