• $
  • €
  • ₽
  • ₺
  • £

Ətin qiyməti bahalaşdı

Ətin qiyməti bahalaşdı
26.07.2017 14:03
Ötən ildən başlayaraq ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Eyni zamanda, yay mövsümündə ətin ucuzlaşmasına adət edən insanlar bu il əksi ilə qarşılaşıb. 

Belə ki, təxminən bir ay əvvəl 10 manat 50 qəpiyə qədər ucuzlaşan dana əti hazırda 11-12 manata, 12 manata təklif edilən qoyun əti isə 13 manata qədər bahalaşıb. Fermerlər bunu otun bahalaşması ilə əlaqələndirir. Biçin mövsümü olmasına baxmayaraq, ot bağlamasının qiymətlərində də artım müşahidə edilir. Onlar deyir ki, bir ay əvvəl 2 manat-2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manat 50 qəpiydir. Eyni zamanda, sahələrdə oncanın yetərincə olmadığını bildirirlər.

Unikal.org xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan olmadığını bildirib:

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adambaşına müəyyən etdiyi illik ərzaq, qida norması var. ÜST-nin müəyyən etdiyi normaya uyğun olaraq adambaşına il ərzində 85 kq ət tələb olunur, bu da ölkə üzrə təxminən 850 min ton ət istehsalı deməkdir. Amma Azərbaycanda cəmi 290-300 min ton, yəni adambaşına il ərzində 29-30 kq ət istehsal olunur. Bu isə o deməkdir ki, ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatın yalnız 38 faizi daxili istehsalhesabına ödənilir. Nəzərə alsaq ki, adambaşına il ərzində 3 kiloqram da ət və ət məhsulları idxal olunur, bununla birlikdə ümumilikdə ölkə əhalisinin bu məhsula olan tələbatının yarısı belə, ödənilmir.

Süd məhsulları ilə bağlı da qeyd etməliyəm ki, ÜST-nin müəyyən etdiyi normaya uyğun olaraq il ərzində adambaşına 360 kq süd və süd məhsulları istehlak olunmalıdır. Azərbaycan bu tələbatın yarısını daxili istehsal hesabına təmin edə bilir. İl ərzində ölkənin 3,4 milyon ton südə ehtiyacı olduğu halda, bunun 1,7 milyon tonu daxili istehsal hesabına təmin olunur. Ümumiyyətlə cəmi idxal edilən ət və süd məhsullarını da nəzərə aldıqda, ölkə əhalisinin bu məhsullara olan tələbatının yalnız bir hissəsi ödənilir”.

Ekspert hesab edir ki, bütün bunlar həyata keçirilən yanlış siyasətin nəticəsidir:

"Son zamanlar taxılçılıq, pambıqçılığın inkişaf etdirilməsi üçün örüş sahələri, təbii biçənəklər, hətta çoxillik yem bitkilərinin altında olan sahələr kəskin azaldılıb. Kəndlilər uzun müddət idi ki, həmin ərazilərdə mal-qara saxlayırdılar. Otlaq sahələri əllərindən alınan kəndlilər mal-qaranı kəsimə verməyə məcbur oldu. Buna görə də ət ötən il bölgələrdə 4-5 manata qədər ucuzlaşmışdı. Çünki heyvanları saxlamağa yer olmadığından hamısını kəsimə vermişdilər. Nəticədə təklif artdı deyə qiymət ucuzlaşdı”.

V.Məhərrəmovun bildirir ki, ölkəyə ət və süd idxalı kəskin artıb:

"Bu ilin birinci altı ayında ət idxalı iki dəfə, süd və süd məhsulları idxalı 60 faiz artıb. Ölkədə alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir zamanda ətə və südə tələbat niyə artıb? Niyə ətin qiyməti yayda həm də alıcılıq qabiliyyəti aşağı olduğu bir vaxtda bahalaşır? Çünki istehsal o dərəcədə azalıb ki, idxalın artımı hesabına kompensasiya edilir.

Bu ilin altı ayında iki dəfə artıq vəsait xərcləmişik. Pambıqdan əldə edilən valyuta 2016-cı illə müqayisədə 19 milyon dollar artıb. Amma ət və süd idxalı keçən illə müqayisədə 38,8 milyon dollar artıb. 2015-ci ildə 18 min hektar, 2016-cı ildə 51 min hektar, 2017-ci ildə isə 134 min hektar ərazidə pambıq əkilib. Bu da dediyim kimi örüş, yonca sahələrinin, təbii biçənəklərin hesabına baş verdi. Bazarda təklif az, idxal isə monopoliyada olduğu üçün bu məhsulların qiymətləri yüksək olaraq qalır”.






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol