• $
  • €
  • ₽
  • ₺
  • £

Brent" markalı neft ucuzlaşdı

Brent" markalı neft ucuzlaşdı
26.07.2017 19:00
OPEC 2018-ci ilin ilk rübündə heç bir addım atmasa, neft bazarında təklif tələbi xeyli üstələyəcək.

OPEC neft hasilatını azaltmasa, "Brent" markalı neftin qiyməti 2018-ci ilin ilk rübündə 40 dollar/bareldən aşağı düşə bilər. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, belə bir proqnozla mərkəzi ofisi Vyanada yerləşən "JBS Energy" neft sektoru araşdırma şirkəti çıxış edib. 

Şirkətin analitiklərinin hazırladığı hesabata əsasən, hazırda neft qiymətləri ABŞ-da avtomobil səyahəti mövsümü səbəbi ilə ehtiyatların azalması amilindən dəstək alır. Belə ki, bu mövsümdə tələb maksimal həddə çatır və sentyabrdan etibarən azalmağa başlayır.

"Brent" 2017-ci ili 45-47 dollar/barel səviyyəsində tamamlaya bilər. Amma, daha sonra qiymətlər üçün ağır dövr gələcək. "JBS Energy Asia" idarəedici direktoru Riçard Qorri (Richard Gorry) hesab edir ki, "OPEC 2018-ci ilin ilk rübündə heç bir addım atmasa, neft bazarında təklif tələbi xeyli üstələyəcək. Bunu aradan qaldırmaq üçün OPEC hasilatı azaltmalıdır. Bu addımın atılacağına inanmağım gəlmir".

Son günlərdə neft qiymətlərinin ABŞ-da ehtiyatların azalması fonunda artmasına baxmayaraq, sentyabrdan tələb azalacaq və gələn ilin ilk rübündən Braziliya, Qazaxıstan, Qərbi Afrika və Mərkəzi Avropa regionunda hasilat artacaq. ABŞ-da hasilatın bu ilin sonuna qədər artaraq 9,6 mln. barel/ğünə çatması gözlənilir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol