• $
  • €
  • ₽
  • ₺
  • £

“Qax Taxıl”, “Saatlı Broyler”, “Ağdaş Quşçuluq” hərraca çıxarılır

“Qax Taxıl”, “Saatlı Broyler”, “Ağdaş Quşçuluq” hərraca çıxarılır
31.07.2017 21:45
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) avqustun 29-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

Oxu.Az komiyətə istinadən xəbər verir ki, hərraca ümumilikdə 159 dövlət əmlakı çıxarılıb.

Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 64-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.

Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Şəki, Yevlax, Şirvan, Sabirabad, eləcə də, digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat, Balakən Əmlak Kompleksi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakən Əmlak Kompleksinə qoyulub. 550 min manata təklif olunan müəssisənin torpaq sahəsi 90 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır. Bundan başqa, Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542,5 min manata, paytaxtın Nizami rayonunda olan "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” MMC isə 537,5 min manata hərraca çıxarılıb.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. İnvestorlar həmin sahələrə sərmayə yatırmaqla öz bizneslərini qura bilərlər. Paytaxtın Nizami rayonunda yerləşən "Mebellərin təmiri emalatxanası” mebel sənayesi istiqamətində fəaliyyət göstərmək üçün əlverişli əmlakdır. Bundan başqa, hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Şəki istirahət zonasını nümunə kimi göstərmək olar. Şəkidə yerləşən həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. 

Nəzərə alsaq ki, hər il Şəkiyə gələn turistlərin sayı artır, belə olan halda bu, əmlakın fəaliyyətinin genişləndirilməsinə, təkmilləşdirilməsinə şərait yaradacaq.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 64-ü paytaxtda, qalanları isə Sumqayıt şəhərində yerləşir. Qeyri-yaşayış binasından ən yüksək ilkin satış qiyməti ilə seçilən əmlak paytaxtın Nəsimi rayonunda yerləşir. Belə ki, bu əmlak 250 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 206,2 kv.m təşkil edir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 - 547 kv.m arasında dəyişir.

Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb. Bunlardan Sumqayıt şəhərində yerləşən, sahəsi 21,7 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2 min manat təşkil edir. Həmçinin Bakının Nizami rayonunda yerləşən sahəsi 33,7 kv.m, ilkin start qiyməti isə 4 min 500 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətlərə məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Qax Taxıl”, "Saatlı Broyler”, "Ağdaş Quşçuluq”, ”Yevlax Kəndnəqliyyat”, "İmişli Yağ Pendir” və s. var.

Hərraca çıxarılacaq 6 nəqliyyat vasitəsinin qiyməti isə 1200 manatla 4 min manat arasında dəyişir. 

Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol