Azərbaycan neftinin qiyməti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 52,71 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,89 dollar/barel azdır.
anews.az-ın xəbərinə görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 52,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 1-də 49,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 1-də 50,92 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,87 dollar/barel azdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























