• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün OPEC+ ölkələrinin monitorinq iclası başlayır

Bu gün OPEC+ ölkələrinin monitorinq iclası başlayır
07.08.2017 20:00
Bəzi ölkələr öhdəliklərinə tam əməl etmir.

OPEC və kartelə üzv olmayan ölkələrin monitorinq üzrə texniki komitəsinin bu gün Abu-Dabidə (BƏƏ) işə başlayan ikigünlük toplantısında neft hasilatının azaldılması ilə bağlı anlaşmaya nə dərəcədə əməl edildiyi ilə bağlı müzakirələr aparılacaq.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, iclasda öhdəliklərinə tam əməl etməyən bir neçə ölkə iştirak edəcəyini təsdiqləyib. Görüşün Küveyt və Rusiyanın sədrliyi ilə keçiriləcəyi bildirilir.

Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasında 24 ölkə iştirak edir. Bu il yanvarın 1-dən qüvvədə olan anlaşmaya ilk yarımildə 98% əməl olunub. Lakin iştirakçı ölkələrdən bəzilərinin öhdəliyinə artıqlaması ilə, bəzilərinin isə natamam əməl etdiyi bildirilir. Belə ki, Beynəlxalq Energetika Agentliyinin (IEA) iyul hesabatına əsasən, İraq bu ilin ilk 6 ayında anlaşmaya 46%, BƏƏ 54%, Əlcəzair isə 70% əməl edib.

Xatırladaq ki, iyulun 24-də Sankt-Peterburqda keçirilən Monitorinq üzrə Nazirlər Komitəsinin iclasında çıxış edən Rusiyanın energetika naziri Aleksandr Novak anlaşmaya tam əməl edilməsi durumunda neft bazarından əlavə gündəlik daha 200 min barel çıxarılacağını bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol