• $
  • €
  • ₽
  • ₺
  • £

İlin əvvəlindən 32,3 mln. dollar dəyərində fındıq ixrac olunub

İlin əvvəlindən 32,3 mln. dollar dəyərində fındıq ixrac olunub
08.08.2017 12:20
2017-ci ilin I yarısında Azərbaycandan 32,3 mln. dollar dəyərində fındıq ixrac olunub.

anews.az Marja-ya istinadən xəbər verir ki, bu barədə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından məlumat verilib.

"Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Bu ilin 1-ci yarımili ərzində isə 32,3 mln. dollar dəyərində fındıq ixrac edilib. İlin sonunadək fındıq ixracında artım gözləyirik”, - deyə assosiasiyadan  bildirilib.

Bundan əlavə,assosiasiya İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq əlaqələri yaradaraq ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin də əlavə olunması üçün birgə işlər aparır. 

"Biz "Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş istifadə edirik. İxrac coğrafiyasının genişləndirilməsi məqsədilə Rusiyanın Moskva şəhərində "WorldFood-2017” və Almaniyanın Köln şəhərində "Anuga-2017” sərgilərində iştirak edəcəyik. "Qarşımızda duran əsas hədəflərdən başlıcası istehsal olunan məhsulun keyfiyyətinin davamlı surətdə yüksəldilməsi, rəqabətqabiliyyətliliyin qorunub saxlanılması, məhsuldarlığın artırılması və ixracın genişləndirilməsidir”, - deyə məlumatda qeyd edilir.

Respublikanın 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınıb, 2017-2018-ci illərdə daha 10 min hektar salınacaq.

Fındıqçılığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də yeni fındıq bağlarının salınması, tədarükü, emalı və ixracı layihələrinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlətin güzəştli kreditlərinin verilməsidir. 

"Bu məqsədlə 50-dən çox sahibkara 10.6 mln. manat, o cümlədən 2017-ci ilin ötən dövrü ərzində fındığın tədarükü, emalı və ixracyönümlü layihəyə 600 min manat güzəştli kredit verilib”, - deyə məlumatda vurğulanır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol