• $
  • €
  • ₽
  • ₺
  • £

196 dövlət əmlakı hərraca çıxarılacaq

196 dövlət əmlakı hərraca çıxarılacaq
08.08.2017 19:20
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

anews.az xəbər verir ki, hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili olmaqla, 10 əmlak özəlləşdirilib.

Sahibi dəyişən kiçik dövlət müəssisələri Ağcəbədi, Xızı, Lənkəran və Qobustan rayonlarında yerləşir. Bunlardan ən yüksək qiymətə özəlləşdiriləni Lənkərandakı Avtodəstə olub. Əmlakın torpaq sahəsi 11 383 kv.m, ümumi faydalı sahəsi isə 521 kv.m-ə yaxındır. Xızıda özəlləşdirilən yanacaqdoldurma məntəqəsinin isə torpaq sahəsi 3 min kv.m, ümumi faydalı sahəsi isə 93,6 kv.m-dir.

Qeyri-yaşayış sahələrinə gəlincə isə, onlardan 3-ü Bakının Yasamal, Sabunçu, Nərimanov rayonlarında, 2-si isə Qobustan və Zərdab rayonunda yerləşir. Qobustandakı əmkakın torpaq sahəsi 96 kv.m, ümumi faydalı sahəsi isə 65,2 kv.m, Zərdabdakı əmlakın isə ümumi faydalı sahəsi 28 kv.m-dir. Bakının Nərimanov rayonunda özəlləşdirilmiş qeyri-yaşayış sahəsi isə 30 kv.m-ə yaxın ölçüyə malikdir. 

Ümumilikdə respublika üzrə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin ölçüsü 28-114,7 kv.m arasında dəyişir.

Qeyd edək ki, növbəti belə hərrac avqustun 15-də keçiriləcək. Bu hərraca 75 kiçik dövlət müəssisə və obyekti, 101 istifadəsiz qeyri-yaşayış sahəsi və 20 səhmdar cəmiyyət olmaqla, 196 dövlət əmlakı çıxarılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol