• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın defolt riski maksimal həddə çatıb

ABŞ-ın defolt riski maksimal həddə çatıb
28.05.2020 22:47
Yaxın 30 il ərzində ABŞ borcunun ÜDM-ə nisbəti 77%-dən 150%-ə yüksələcək.

ABŞ-ın oktyabr ayında müddəti bitən dövlət istiqrazlarının gəlirliliyi noyabr və ya dekabr ayında müddəti bitənlərlə müqayisədə artım göstərib.

"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, buna səbəb ABŞ Xəzinədarlığının oktyabrın əvvəlində dövlət borcunun yuxarı həddinin artırılması barədə qərar vermə tarixinin yaxınlaşmasıdır. 

Konqresdə isə bu mövzuda ciddi siyasi anlaşılmazlıq var və bu, ABŞ-ın defolt olma riskini artırıb. Belə ki, hazırda ABŞ-ın 5 illik dövlət istiqrazlarının CDS-ləri (Credit Default Swap), yəni borcun defolt olmasına qarşı sığorta törəmə aləti Almaniyanın eyni maliyyə aləti ilə müqayisədə 2008-ci ildəki "Lehman Brothers" iflasından bu günədək maksimal həddə çatıb.

Qeyd edək ki, 2013-cü il sentyabrın 30-da ABŞ hökuməti öz fəaliyyətini qismən dayandırıb. Buna səbəb respublikaçı və demokratların yeni büdcə layihəsinin hazırlanmasında razılığa gəlməməsi amili olub. O zaman 16 gün ərzində 1 mln. nəfər işə çıxmayıb. Nəticədə, 2013-cü ilin III rübündə ABŞ iqtisadiyyatında artım 0,25 faiz bəndi azalıb, 120 min nəfər işsiz qalıb.

ABŞ istiqrazları oktyabr ayında risklərin artacağını göstərsə də, "VİX" volatillik indeksi problemlərin 2018-ci ilin əvvəlində başlayacağını göstərir.

Xatırladaq ki, hazırda ABŞ-ın borclanmasının yuxarı limiti 19,808 trln. dollara bərabərdir. Hələlik bu limiti aşmamağa FED-in ehtiyatları kömək edir. Amma qeyd etmək lazımdır ki, mart ayında 405 mlrd. dollar olan ehtiyatlar hazırda 197 mlrd. dollaradək geriləyib. ABŞ-ın 1960-cı ildən bu günədək borcun yuxarı həddini 79 dəfə artırdığı bildirilir. ABŞ borcunun ÜDM-ə nisbəti 2016-cı ildə 77% təşkil edib və bu göstərici II Dünya müharibəsindən sonra ən maksimal səviyyədir. Konqressin büdcə ofisinin (CBO) proqnozlarına görə, bu göstərici 2035-ci ildə 107%-ə, 2047-ci ildə isə 150%-ə çatacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol